Brendinizi Rəqəmsal Aləmdə Gücləndirin!
Rəqəmsal dünyada uğur qazanmaq üçün peşəkar dəstəyə ehtiyacınız var? Biznesinizin böyüməsi, brendinizin tanınması və müştəri bazanızın genişlənməsi üçün ən effektiv rəqəmsal həlləri təqdim edirik. SEO, SMM, reklam kampaniyaları, kontent marketinqi, qrafik dizayn, video montaj və daha çox xidmətlə markanızı daha güclü və rəqabətədavamlı hala gətiririk. Aşağıda xidmətlərimizi araşdıra və sizin üçün ən uyğun olanını seçə bilərsiniz.

Axtarış Motoru Optimizasiyası (SEO)
SEO Xidməti vebsaytınızın Google və digər axtarış sistemlərində daha yüksək mövqe tutmasına kömək edir. Biz texniki SEO, məzmun strategiyası, link building və lokal SEO kimi xidmətlər təqdim edirik.
Sosial Media Marketinqi (SMM)
Sosial media güclü marketinq vasitəsidir və biznesinizin inkişafında mühüm rol oynayır. Brendinizi daha çox insana tanıtmaq və satışlarınızı artırmaq istəyirsinizsə, bizimlə çalışın!
Google Ads & Sosial Media Reklamları
Facebook, Instagram, YouTube, LinkedIn və Google Ads platformalarında hədəf kütlənizi dəqiq müəyyən edərək reklam kampaniyalarınızı idarə edirik.
Kopiraytinq və Kontent Marketinqi
Saytınız, sosial media hesablarınız və reklam kampaniyalarınız üçün kreativ və təsirli mətnlər yazırıq. Blog məqalələri, məhsul təsvirləri, sosial media postları və reklam sloqanları ilə brendinizin dəyərini yüksəldirik.
Qrafik Dizayn & Brendinq
Brendinizin vizual üslubu onun imicini formalaşdıran ən mühüm amillərdən biridir. Peşəkar dizayn həlləri ilə unudulmaz loqolar, sosial media paylaşımları üçün kreativ vizuallar və digər qrafik elementlər hazırlayırıq.
Sayt Yaradılması & Optimizasiya
Brendinizin imicini əks etdirən, SEO dostu, mobil uyğun və sürətli vebsaytlar hazırlayırıq. İstifadəçi təcrübəsini ön planda tutaraq, müştərilərinizin rahatlıqla xidmətlərinizə çatmasını təmin edirik.
365 Dərəcə Marketinq Xidməti
Bütün rəqəmsal fəaliyyətlərinizi bir araya gətirərək, markanızın internetdə və fiziki dünyada tanınmasını təmin edirik. Bizimlə hər bir mərhələdə daha uğurlu olacaqsınız!
E-mail Marketinq Xidməti
Məqsədli e-maillər, xəbər bülletenləri, təkliflər və yeniliklər ilə satışlarınızı artırmaq mümkündür. Bizimlə daha hədəf yönümlü və nəticəyə əsaslanan e-mail marketinq kampaniyaları həyata keçirin.
Foto və Video Çəkiliş Xidməti
Məhsullarınızın, xidmətlərinizin və tədbirlərinizin vizual keyfiyyətini artırmaq üçün peşəkar foto və video çəkiliş xidmətləri təqdim edirik.Yüksək keyfiyyətli məzmun yaradaraq izləyicilərinizi cəlb edin.
Reklam Mətnlərinin Səsləndirilməsi
Reklam çarxları, təqdimat videoları və səsli elanlar üçün səsləndirmə xidmətini təqdim edirik. Müxtəlif tonallıq və üslublarla brendinizin səsini yaradın və auditoriyanıza daha təsirli şəkildə çatın.
Ən çox verilən suallar (FAQ)
SEO xidmətimiz texniki optimizasiya, açar söz analizi, məzmun strategiyası, backlink qurulması və lokal SEO-nu əhatə edir. Saytınızı Google-da daha yüksək mövqeyə çıxarmaq üçün ən son alət və metodlardan istifadə edirik.
Facebook, Instagram, LinkedIn, TikTok və YouTube daxil olmaqla müxtəlif platformalar üçün sosial media strategiyaları hazırlayırıq. Brendinizin tələblərinə uyğun hədəf kütləni müəyyən edir və effektiv məzmunlarla auditoriyanızla əlaqə qururuq.
Reklam büdcəsi biznesin böyüklüyünə və hədəf auditoriyasına görə dəyişir. Minimum 100-300 AZN arası bir büdcə ilə başlayıb, ROI-yə uyğun olaraq artırmaq mümkündür. Kampaniyalarınızın uğurlu olması üçün büdcənizi optimal idarə edirik.
Foto və video çəkilişlər Bakı və ətraf regionlarda təqdim olunur. Müştərilərimizin tələblərinə uyğun olaraq fərdi və korporativ çəkilişlər təşkil edirik. Reklam, tədbir, məhsul və brend təqdimatları üçün peşəkar çəkilişlər həyata keçiririk.
Çəkilmiş xammal videoların peşəkar montajı, effekt və animasiyaların əlavə edilməsi, təqdimat və reklam çarxlarının hazırlanması, həmçinin sosial media üçün dinamik vizualların yaradılması daxildir.
Reklam çarxları, təqdimatlar və sosial media üçün peşəkar səsləndirmə xidmətləri təqdim edirik. Müxtəlif tonallıqda və üslublarda səsləndirmə edərək, brendinizin mesajını auditoriyanıza daha təsirli çatdırırıq.